Odlar Universiteti təhsil haqqlarını açıqladı

OXUNUB: 927 SOSİAL
Bu ildən etibarən Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər. 

İsveçrənin Swiss Montro Biznes Məktəbinin rektoru Fabio Fusi və Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqaviləyə imza atmışdır.

Müqaviləyə əsasən Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər. 

Eyni zamanda təhsil aldığı dövr ərzində OYU–nun təhsildə fərqlənən tələbə və magistrları İsveçrənin Swiss Montro Biznes Məktəbində, o cümlədən Avropanın digər aparıcı təhsil ocaqlarında qısa müddətli və uzun müddətli proqramların da iştirakçısı ola biləcəklər.

Yeri gəlmişkən Odlar Yurdu Universiteti:

•Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.
•Almaniyanın H+ akkreditasiyasına malikdir.
•Türkiyə Cumhuriyyəti YÖK (Yüksek Öyretim Kurulu) tərəfindən tanınır. 
•Azərbaycan Təhsil Nazirliyində ilk özəl universitet olaraq Dövlət Akkreditasiyasından uğurla keçmişdir.
•Amerika Birləşmiş Ştatlarının Tibb Təhsil Təşkilatı–FAIMER (Foundation for Advancement of International Medical Education and Research) tərəfindən tanınmışdır.
•Avropa Birliyinin TEMPUS və ERASMUS proqramlarının iştirakçısıdır.
•EURAS–Avrasiya Universitetləri Birliyinin üzvüdür.
•Qafqaz Universitetlər Birliyinin üzvüdür.
•Müasir təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərə görə Fransa iqtisadiyyatına yardım Assosiasiyasının qızıl medalına layiq görülmüşdür.

Odlar Yurdu Universitetinində mövcud ixtisaslar üzrə təhsil standartları İsveçrənin Swiss Montro Biznes Məktəbinin tədris proqramna uyğunlaşdırılmışdır.
 
İcmal.Az

RƏYLƏR