Oktay Əsədovun federasiyasında bazar: 9 yaşlı idmançımız ölkəni tərk etdi (VİDEO)

OXUNUB: 5834 HADİSƏ İDMAN
Yadınıza gələr, yaxın keçmişdə sprinterimiz Ramil Quliyev diqqətsizlik və ögey münasibət üzündən Türkiyəyə üz tutmuşdu. Ona güvənməyən səriştəsiz federasiya rəhbərliyinə Ramilin cavabı çox gecikmədi. Türkiyənin idman tarixinə düşən "qızıl” Ramilin qardaş ölkəyə payı, bizə isə göz dağı idi. İndi isə Azərbaycan olaraq, daha bir "qızıl” ümidimizi itirmək üzrəyik. 

Fanat.az-ın verdiyi məlumata görə, söhbət Azərbaycan Tennis Akademiyasının perspektiv vəd edən idmançılarımıza etinasızlığından gedir. Belə ki, 9 yaşlı perspektivli tenisçimiz  Ayşən  Kərimova ailəsi ilə birlikdə Azərbaycanı tərk edib. Rusiyanın paytaxtına pənah aparan ailənin problemi diqqətsizlik olub. Belə ki, böyük gələcək vəd edən idmançımıza Azərbaycan Tennis Federasiyası tərəfindən laqeydlik, Ayşənin məşqlərinə görə atası Əli Kərimovdan hər ay pul alınması vəziyyəti dözülməz həddə çatdırıb.

Federasiya prezidentinin - millət vəkili, Milli Məclisin sabiq spiker Oktay Əsədovun rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbərsiz olduğuna inanmırıq.

Çünki məsələ ilə bağlı hələ ötən il Ayşənin atsı Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Nəticədə Ayşənə akademiyada məşq üçün şərait yardılması ilə bağlı Gənclər və İdman Nazirliyindən tapşırıq verilib. Ancaq Tennis Federasiyanın I vitse-prezidenti Salam Əsgərəlizadə azyaşlı idmançıya dəstək olmaqda maraqlı olmayıb. Bunları nəzərə alaraq da Əli Kərimov Rusiyadan alınan təklifləri nəzərə alaraq Ayşənin karyerasına bu ölkədə davam etməsi qərarına gəlib.   Ayşənin yarışlarda Azərbaycanı təmsil etmək istəyini qabardan Əli bəy məcburiyyətdən başqa bayraq altında çıxış etdiklərini söyləyib.

Qeyd edək ki, 01.01.2011-ci il təvəllüdlü Ayşən Kərimli 2017-ci ildən müntəzəm olaraq tennislə məşğul olur. Bakı Tennis Akademiyasında 12 yaşına qədər olan uşaqlar arasında ona qalib gələ bilən tennisçi olmayıb. 

 "Qızım 6 yaşından tennislə məşğuldu. Açıq aydın deyirlər ki, bizə pul lazımdı, idmançı yox! Ayşən 7 yaşı olanda 11-12 yaşlılarla məşq edirdi. 8 yaşı olanda Respublika üzrə 12-13 yaşlılar arasında bu uşağa qalib gələn yox idi. Getdikcə xərc artırdı. Tennis akademiyasında məndən hər ay 400 manat pul alırdılar. Özlərinə də dedim ki, bu uşaq yaxşı oynayırsa, istedadlıdırsa, niyə pul alırsız?”  - atası deyir.

Problemlər yalnız bununla bitmir. Sözün əsl mənasında Akademiyanı bazara çevirən federasiya akademiyanın inzibati binasının bir hissəsini banka, digər hissələri isə mağaza, kafe kimi iaşə obyektlərinə icarəyə verib. Tennis kortu isə "Beşiktaş” futbol məktəbinə verilib. Bu azmış kimi, hələ idmançılardan da pul yığılır. 

Aşağıda Ayşənin atasının video müraciətini təqdim edirik:
 

 

RƏYLƏR