Oğlan 20 yaşlı sevgilisinin cəsədini çemodana qoyub, stansiyaya atdı - VİDEO - FOTO

OXUNUB: 4788 HADİSƏ

19 yaşlı oğlan birlikdə tətilə getdiyi 20 yaşlı qızı otel otağında yastıqla boğaraq öldürüb, sonra da cəsədini çemodana qoyaraq oteldən çıxarıb, metro stansiyasının yaxınlığına atıb.

BNEWS.az xarici mətbuata istinadla xəbər verir ki, Honq-Konqda yaşayan 20 yaşlı Poon Hiu-wing-in cəsədini polislər Tayvanın paytaxtı olan Taybey şəhərindən tapıblar.

Qızlarının evə qayıtmadığına görə narahat olan valideynlər onun itkin düşməsi barədə polisə məlumat veriblər. Polis Taybey şəhərindəki metrostansiyaların birindən Poon Hiu-wing-in cəsədini tapıblar.

İlk şübhəli kimi qızın sevgilisi Chan Tung-kai saxlanılıb. Onun birlikdə tətilə getdiyi sevgilisini yastıqla boğub öldürdüyü məlum olub.

Chan Tung-kai həbs olunub.

 BNEWS.az qatilin əlində çemodanla oteldən çıxdığı anın görüntülərini təqdim edir:

Oğlan 20 yaşlı sevgilisinin cəsədini çemodana qoyub, stansiyaya atdı - VİDEO - FOTO

Oğlan 20 yaşlı sevgilisinin cəsədini çemodana qoyub, stansiyaya atdı - VİDEO - FOTO


Oğlan 20 yaşlı sevgilisinin cəsədini çemodana qoyub, stansiyaya atdı

RƏYLƏR