Olimpiadaya əlil arabasında gəldi - FOTO

OXUNUB: 569 SOSİAL

Dünən Azərbaycanda məktəblilərin ənənəvi fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

Sosial şəbəkələrdə Şəki təhsil şöbəsinin müdir müavini Elxan Abdullayev maraqlı paylaşım edib.

Onun sözlərinə görə, bilik yarışına 650 şagirddən biri əlil arabasında qatılıb. 

Bir neçə gün əvvəl ehtiyatsızlıq üzündən zədələnərək xəstəxanaya yerləşdirilən Əsgər Əsgərov həmyaşıdlarından geri qalmaq istəməyib:

 

"Şəhər 5 nömrəli tam orta məktəbin əlaçı şagirdlərindən olan Əsgər sübh tezdən valideynlərinə və onu müalicə edən həkimlərə müraciət edərək cidd-cəhdlə olimpiadada iştirak etmək istədiyini bildirmiş,ona bunun üçün şərait yaradılmasını təkidlə xahiş etmişdir. Gənc oğlanın möhkəm iradəsinə və əzmkarlığına heyran qalan MRX rəhbərliyi təhsil şöbəsi ilə məsləhətləşmədən sonra Əsgəri təkərli sandalya ilə təmin etmiş, valideynlərin iştirakı və həkimlərin nəzarəti ilə o, xəstəxana palatasından birbaşa fənn olimpiadasına yola salınıb. Ayrılan vaxt ərzində olimpiadada təklif olunan tapşırıqları yerinə yetirdikdən sonra yenidən müalicəsini davam etdirmək üçün xoş əhval-ruhiyyə ilə xəstəxanaya qayıdan məktəblinin tezliklə sağalmasına, sözsüz ki, həkimlərin müalicəsi ilə yanaşı,arzusuna çatması da öz mənəvi-emosional təsirini göstərəcək"./qafqazinfo


Olimpiadaya əlil arabasında gəldi - FOTO

İcmal.Az

RƏYLƏR