Olimpiya çempionu Toğrul Əsgərov diskvalifikasiya olunub

OXUNUB: 964 İDMAN

London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov diskvalifikasiya edilib.

Buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub.

Belə ki, ondan götürülmüş dopinq-test müsbət nəticə verib. Əsgərovun higenamin preparatından istifadə etdiyi məlum olub. Bu dərman ABŞ və Avropa İttifaqında qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.

Bu səbəbdən güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq. Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib.

Qeyd edək ki, Toğrul Olimpiya çempionu olmaqla yanaşı, "Rio-2016”-da gümüş, Avropa Oyunlarında və qitə çempionatında qızıl medal qazanıb./apa

 

İcmal.Az

RƏYLƏR