Olland hansı tarixdə prezident səlahiyyətlərini Makrona ötürəcək?

OXUNUB: 848 DÜNYA
Fransada prezident seçkiləri başa çatdı.


"Ölkə.Az" xəbər verir ki, seçkilərin nəticəsinə görə Emmanuel Makron qalib gəlib. Fransanın hazırki prezidenti Fransua Olland artıq səlahiyyətlərini Makrona ötürməlidir. "İrəli" hərəkatının lideri Makron 14 may tarixində prezident səlahiyyətlərini təhvil alacaq.

Olland və Makron Qələbə Günü münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün bu gün Yelisey çölündə görüşüblər.

Qeyd edək ki, seçki nəticələrinə əsasən, Emmanuel Makron seçicilərin 66.1 % səsini toplayıb. 20 milyon 753 min 798 nəfər Makrona səs verib.
 
 İcmal.Az

RƏYLƏR