Oğlu Əmrahın bu fotosuna etiraz etdi: "Övladının ürəyini yandırırsan"

OXUNUB: 1058 ŞOU-BİZNES

Müğənni Əmrahın böyük oğlu Tayfun Ərdoğan sosial mediada atasını ittiham edib.

İcmal.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni digər övladları - qızı və oğlu ilə çəkdirdiyi  fotonu "Allah ömür versin sizi daha çox görə bilim. Mənim gözəl balalarım, gözümün nuru övladlarım. Allah sizə sağlam həyat bəxş etsin" qeydi ilə paylaşıb.

Atası ilə münasibətləri gərgin olan 27 yaşlı Tayfun bu fotoya maraqlı şərh yazıb:

"Bir övladının ürəyini yandırırsan. Mən bütün günahlarını axirətə buraxıram. Necə olsa, orada tək qalacağıq. Sənə deyiləcək ki, o övlad necə gözəl övladdır ki, sənə heç vaxt bəddua etməyib".

 
İcmal.Az

RƏYLƏR