Oğlu tanınmış musiqiçi atasını döydü - fotolar

OXUNUB: 814 ŞOU-BİZNES
50 yaşlı model və aktrisa Pamela Andersonun keçmiş əri, rokçu Tommi Li böyük oğlu Brandon tərəfindən döyülüb.

 55 yaşlı rokçu bu barədə sosial mediada şəkil paylaşaraq məlumat verib.

O, dodağının partlamış fotosunu izləyiciləri ilə bölüşüb və yazıb:

"Qəlbim çox qırılıb. Həyatın boyu övladlarına istədiklərini verirsən, sonda sənə qarşı çıxa bilərlər. Afərin, brandon".

Qeyd edək ki, fotomodel dTommi ilə 1995-98-ci illərdə ailəli olub. Onların bu nikahdan 2 oğulları var. /axşam



İcmal.Az

RƏYLƏR