“Oğlumu döyüb, atıb hamama” - Qonşular arasında dava/ VİDEO

OXUNUB: 383 SOSİAL HADİSƏ
Paytaxtın Sabunçu rayonu ərazisində döyülmə hadisəsi qeydə alınıb.

ARB TV xəbər verir ki, ərazidə məskunlaşan 42 yaşlı Vüqar Səfərovla qonşusu Cavid arasında yaranan mübahisə, Vüqarın döyülməsi ilə nəticələnib.

Gülzar Səfərova – Zərərçəkənin anası: "Gördüm ki, küçədə 2 nəfərdilər, oğlumla birlikdə 3 nəfər danışırlar. Nəbilim belə şey olar? Görmədim, xəbərim olmadı. Saat 9 olanda hay düşdü ki, bəs belə bir iş var. Oğlumu döyüb, atıb hamama. "Avçarka”nı da açıb, qapının da dalını vurub. Düzgünün bilmirəm, onun da bir qananı gəlmir ki, balam, mənim oğlum sənə neyləmişdi”?

Ağır xəsarətlər alan Vüqar xəstəxanaya çatdırılıb. Yaralını müayinə edən həkimlər onun bədəninin müxtəlif nahiyələrində balta və küt alətlə yetirilmiş xəsarətlər aşkar ediblər.

İşin araşdırılmasına başlayan Sabunçu rayon polis idarəsi əməkdaşları yaralının ifadəsini alıblar. Əməliyyatçılar hadisəni törətməkdə şübhəli bilinən şəxsi yaxalayaraq istintaqa təhvil vermək üçün çalışırlar.
 

RƏYLƏR