Oğlunu itirən azərbaycanlı məşqçinin ürəyi partladı - FOTO + YENİLƏNİB

OXUNUB: 2016 İDMAN

Xəbər verdiyimiz kimi, azərbaycanlı məşqçi Cəhdi Ramil vəfat edib.

Oxu.Az bununla bağlı Kunq Fu Federasiyasının ümumi işlər üzrə vitse-prezidenti Ehram Məcidovla əlaqə saxlayıb.

Ehram Məcidov bu şəxsi tanıdığını, amma onun kunq fu yox, kikboksinq məşqçisi olduğunu qeyd edib:

"Cəhdi Ramil Tərtərdə məşhur məşqçi idi. Onun orada "Cəhdi Cəlal” adlı klubu vardı. Onun iki il əvvəl oğlu rəhmətə getmişdi. Bundan sonra çox sıxıntılar keçirmişdi. Yəqin ki, ürəyi dözməyib.

Xəstəxanaya aparıblar, orada keçinib. Oğlu da qəfil ölmüşdü. Özü də, oğlu da kikboksinq məşqçiləri olublar. Onlar kunq fu yarışlarında iştirak etməyiblər”.

14:46

Bu gün idmançı Cəhdi Ramil dünyasını dəyişib. 

İcmal.Az xəbər verir ki, bununla bağlı Baku.ws məlumat yayıb.

Məlumatlara əsasən, Azərbaycan Kung Fu Federasiyasının məşqçisi 38 yaşında vəfat edib.

Həkimlər idmançının ürək çatışmazlığından keçindiyini bildirib.

Dostlarının bildirdiyinə görə, idmançı bir müddət əvvəl Cəlal adında yeniyetmə oğlunu itirib və onun ürəyi bu acıya tab gətirməyib. 

Cəlal atasının yolunu davam etdirirdi və respublika çempionu idi. O meningitdən vəfat edib. 

Cəhdi Ramil Tərtərdə yaşayırdı və orada böyük nüfuza malik idi. 

Mərhum yaşadığı rayonda dəfn olunacaq.

İcmal.Az

RƏYLƏR