"OLYMPUS PARK" Məhkəmənin qərarına məhəl qoymadı. Tikinti şirkətinin özbaşınalığı davam edir

OXUNUB: 2040 KÖŞƏ Özəl AZƏRBAYCAN SOSİAL
Sahibkar sahibkarın hüquqların tapdayır ?! 
 
Daha əvvəl xəbər verdiyimiz bina tikmək istəyən adıçəkilən inşaat firmasının əməkdaşları ərazidəki tikililəri - daha dəqiq desək, sahibkar Yaşar Həsənova aid qeyri-yaşayış obyektini qanunsuz olaraq sökürlər. Öncə də dediyimiz ki, məhkəmə işini uduzan tikinti şirkəti hakimin qərarını qulaq ardına vurub, özbaşınalıqlarını davam etdirir. Zərərçəkən sahibkarın verdiyi məlumata görə, tikinti qoçuları Azərbaycan qanunlarına hörmətsizlik edirlər. Çünki hazırda bu məsələ Səbail rayon, 41-ci polis bölməsində baxılmaqdadır. Bununla belə söküntü üzrə "olimpiya çempionları", yəni Olympus firmasının işçiləri onlara mane olan tikililəri sökürlər. Obyekt sahibilə hesablaşmağa, icazə almağa isə, lüzum görmürlər. Ümid edirik ki, islahatların intensiv xarakter aldığı ölkəmizdə belə özbaşınalıq və qoçuluqların qarşısı tezliklə alınacaq. Bununla da bütün qanun pozanlar hazırda qərarına göz yumduqları məhkəmələrdə cəzalarını alacaqlar.


 
05 Dekabr 2019-cu ildə dərc etdiyimi xəbər 
Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığa dəstəkdir. Lakin bəzi sahibkarlar bu dəstəyi özlərinin necə gəldi, ürəkləri istəyən kimi fəaliyyəti ilə səhv salırlar. Bu isə, qanun pozuntusu və özbaşınalıqdır. Hökumətimiz isə, bu özbaşınalıqlarla da mübarizə aparır. Məsələnin məğzinə gələk. 
Söhbət 3 ildi icarəyə verilən qanuni sənədli qeyri-yaşayış obyektinin inşaat firması tərəfindən əsassız sökülməsindən gedir. Badamdar qəsəbəsi Neftçilər küçəsi 47 ünvanında yerləşən sahibkar Yaşar Həsənova məxsus obyekti sökən inşaat şirkətlərindən birinin adı isə "Olympus”dur.  Nəyə görə birinin dedik, çünki problemdə digər firmanın da iştirakı var. Zərərçəkən, hüquqları tapdanan sahibkar Yaşar Həsənov deyir ki, Olimpusa müraciət edirik, onlar deyir ki, söküntü "bizlik deyil, bəs ərazi digər bir firmaya aiddir”. Belə ki, həmin ikinci şirkət də Badamdarda yerləşir, tikinti işləri Olimpusa aid olsa da, ərazi başqalarınındı. 
Bu şirkətlər obyekt sahibinə yaxınlaşmadan, onunla hesablaşmadan əvvəllcə obyekti azqala qəzalı vəziyyətə gətiriblər, dekabrın 5-i gecə saat 4 radələrində isə, özbaşına şəkildə  söküntü işləri reallaşdırıblar. Həmin şirkətin iş icraçıları bu azmış kimi özbaşına söküntü işlərindən əvvəl hansısa yollarla sahibkarın kupçasını da ləğv elətdirmək istəyiblər. Lakin Ali Məhkəmə də zərərçəkənin xeyrinə qərar verib və "söküntü” şirkətinin əməkdaşlarının qanuni sənədi ləğv elətdirmək istəyi baş tutmayıb. Yaşar Həsənovun sözlərinə görə, həmin adamlar Azərbaycan Respublikasının qanunlarına hörmət etmirlər. Onu da deyək ki, qanuni obyekti qanunsuz yolla sökülməyə məruz qalan sahibkar FHN-ə də müraciət edib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

RƏYLƏR