Oman körfəzində köpək balığı insana hücum edib

OXUNUB: 903 DÜNYA
Hind okeanının Oman körfəzində köpək balığı insana hücum edib.

41 yaşlı Birləşmiş Ərəb Əmirlikləri sakini böyük köpək balığının hücumuna məruz qalıb. Ərəb dostu ilə sahildən 5 mil aralıda balıq tuturmuş. Qayıqdan suya tullanıb bir neçə metr üzən balıqçı köpək balığının hücumuna məruz qalıb.

Vəziyyəti belə görən qayıqdakı balıqçı köpək balığına atəş açıb. Yırtıcı üzərək hadisə yerindən uzaqlaşıb. Dostunu sudan çıxaran balıqçı onu xəstəxanaya yerləşdirilib. Onun yarası ağırdır./olke.az
 
İcmal.Az

RƏYLƏR