On su quyusu üçün 425 minlik müqavilə bağlandı

OXUNUB: 699 İQTİSADİYYAT HADİSƏ

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC  "Su-Həyat” MMC ilə 425 000 AZN dəyərində müqavilə imzalayıb. 

7News.Az xəbər verir ki, müqaviləyə əsasən MMC Balakəndə 10 su quyu qazmalıdır. 

Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən "Su-Həyat” MMC 31 oktryabr 2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Zaqatalı şəhəri, Rəsulzadı küçəsi, ev 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Təhməzov Xudadat Mehman oğludur.

Açıq mənbələrdə onun haqqında hər hanı məlumat yoxdur.  

Bununla belə, araşdırmalarımız zamanı bəlli olub ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC vaxtaşırı "Su-Həyat” MMC-yə müraciət edir. Elə ötən il ASC ilə bu MMC arasında 163999.24 AZN dəyərində müavilə imzalayıb. Müqavilədə əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsini həyata keçirilməsi nəzərdə tutulub.

Lakin media  "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC bu və digər müqavilələrini şübhəli tender əməliyyatları kimi xarakterizə edir.

 

RƏYLƏR