"Ona yaxşı Azərbaycan kişisi lazımdı ki..." - İslamdan aktrisaya SƏRT SÖZLƏR

OXUNUB: 798 ŞOU-BİZNES
"O xanım reklam istəyirsə müraciət etsin mənə, filmlərimdə ona rol verim, yol göstərim".

Bu sözləri BiG.AZ-a açıqlamasında aktyor İslam Mehrəliyev aktrisa Tunay Əliyevanın sözlərinə cavab olaraq bildirib.

İslamın sosial şəbəkədəki paylaşımlarına xoşagəlməz sözlər yazan Tunaya aktyorun cavabı gecikməyib:

"Tunay xanımı tanımıram, bilmirəm kimdir, nə işlə məşğuldur. Ona yaxşı Azərbaycan kişisi lazımdır ki, ipini yığsın. Mənim rəyim, paylaşımlarım onu niyə bu qədər narahat edir anlamadım.
Özünü reklam etdirmək istəyirsə yaxınlaşsın mənə, filmlərimdə ona rol verim, yol göstərim. Bu cür xəbərlərlə gündəmə gəlməsin".
 
 
İcmal.Az

RƏYLƏR