Onlar bir gündə 114 milyard dollar itirdilər

OXUNUB: 747 İQTİSADİYYAT

ABŞ fond bazarlarında baş verən çöküş nəticəsində dünyanın 500 nəfər varlı şəxsinin sərvəti 114 milyard dollar azalıb. 

Daha çox "Berkshire Hathaway” investisiya şirkətinin rəhbəri Uoren Baffett itki ilə üzləşib. 

"Bloomberg Billionaires Index”in qiymətləndirməsinə görə, U.Baffettin sərvəti 5,1 milyard dollar azalıb. 

"Facebook Inc”in yaradıcısı Mark Zukerberq isə 3,6 milyard dollar itirib.

"Amazon”un sahibi Ceff  Bezos 3,3 milyard dollar itki ilə üzləşib. "Google”ın yaradıcıları Larro Peydj və Sergey Brinin sərvəti 2,3 milyard dollar azalıb. /oxu

İcmal.Az

RƏYLƏR