"Onları övladlarımdan ayırmıram": Mələkxanım Əyyubova

OXUNUB: 665 ŞOU-BİZNES
Xalq artisti Mələkxanım Əyyubova qardaşı oğlu, müğənni-bəstəkar Ramal İsrafilovdan danışıb.

Xanəndə Ramalın onun olduğu verilişə gəlməməsinə münasibət bildirib. Əyyubova "Hər şey daxil” verilişinə zəng edərək müğənni ilə küsülü olmaları haqda söhbətlərə aydınlıq gətirib:

"Onlar mənim balalarımdır, heç vaxt övladlarımdan ayırmıram. Mirkamili də çox istəyirəm. Onlarla hər zaman bir yerdəyəm. Efirdə elə olur ki, işi olub gəlməyib. O demək deyil ki, Ramal verilişə hörmətsizlik edir. Sosial şəbəkədə yazırlar ki, bibi bunlara dəstək olmadı. Biz belə ailə deyilik”.
M.Əyyubova "Bəs niyə Ramalla duet oxumursunuz" sualına belə cavab verib:

"Ramalı qınayıram, bibisi ilə duet oxumur. Neçə vaxtdır deyirəm. İnanıram ki, edəcək. Düzdür, işləri də olur. Bizim ailədə hər zaman hörmət olub”./axşam
 

İcmal.Az

RƏYLƏR