OPEC+ anlaşmasına yeni ölkələr qoşulacaq

OXUNUB: 670 İQTİSADİYYAT

OPEC+ anlaşmasında iştirak etməyən neft hasilatçısı olan 20 ölkə noyabrın 30-da Vyanada keçiriləcək sammitə dəvət alıb.

İcmal.Az xəbər verir ki, Report.az bu barədə "Bloomberg" agentliyinə istinadən məlumat yayıb. 

Qeyd edilir ki, Argentina, Benin, Boliviya, Braziliya, Kamerun, Çad, Kolumbiya, Konqo, Misir, Qana, İndoneziya, Kot-dİvuar, Mavritaniya, Niger, Norveç, CAR, Tacikistan, Türkmənistan və Özbəkistan gələn həftə keçiriləcək sammitə dəvət olunub.

 Artıq Kamerun, Niger, Norveç və Kolumbiya təklifi rədd edib. Misir və Braziliya isə iştirak etsə də, hasilatın azaldılması ilə bağlı anlaşmaya qatılmayacaq. 

Xatırladaq ki, hazırda OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmada OPEC-ə daxil olmayan 10 ölkə iştirak edir. Bunların arasında Azərbaycanla yanaşı, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan və Cənubi Sudan var.

İcmal.Az

RƏYLƏR