OPEC-in Vyana razılaşması üç ölkəyə şamil edilməyəcək

OXUNUB: 968 İQTİSADİYYAT

"OPEC-in Vyana razılaşması Liviya, Nigeriya və İrana şamil olunmayacaq. Razılaşmaya əsasən, bu ölkələr üçün istisnalar qüvvədə saxlanılıb”.

İcmal.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

Qeyd edək ki, OPEC və müttəfiqləri neft hasilatının azaldılmasına dair sazişin müddətini daha 9 ay, yəni 2018-ci ilin birinci rübünədək uzadılmasına qərar veriblər.

İcmal.Az

RƏYLƏR