OPEC ölkələri hasilatın dondurulması müddətinin uzadılması razılığına gəlib

OXUNUB: 906 DÜNYA

OPEC-ə üzv ölkələr neft hasilatının dondurulmasının müddətinin uzadılmasına dair razılığa gəliblər. 

İcmal.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Cabbar əl-Laibi bəyan edib.

"Razılıq mövcuddur. Çünki bu qiymətlərin sabitləşməsinə gətirib çıxaracaq. Bu, o cümlədən bizim ölkənin büdcəsinə müsbət təsir göstərəcək”, - əl-Laibi bəyan edib. 

Nazir razılaşmanın müddətinin uzadılması məsələsinə mayın 25-də Vyanada keçiriləcək OPEC-in növbəti görüşündə baxılacağını təsdiqləyib.

Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş 2017-ci ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

İcmal.Az

RƏYLƏR