OPEK Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz verdi

OXUNUB: 708 İQTİSADİYYAT

OPEK Azərbaycanda 2040-cı ilədək neft hasilatının stabil olaraq sutkada 0,7-0,8 milyon barel səviyyəsində qalacağını proqnozlaşdırır.

İcmal.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə təşkilatın "World Oil Outlook 2040” adlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2022-ci ilə kimi Azərbaycanda neft və kondensat hasilatı hazırda qeydə alınan sutkada 0,8 milyon bareldən 0,7 milyon barelədək azalacaq. 2017-ci ildə hasilat 0,8 milyon barel, 2018-ci ildə 0,7 milyon barel, 2019-cu ildə 0,7 milyon barel, 2020-ci ildə 0,8 milyon barel, 2021 və 2022-ci illərdə isə yenidən 0,7 milyon barel təşkil edəcək.

"Bu, yeni iri layihələrin olmaması ilə və "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın azalması ilə bağlıdır. Təkcə "Şahdəniz” yatağında 2018-ci ildə yeni mərhələni işə salmaq planlaşdırılır ki, bu da ümumi hasilata sutkada 65 min barel əlavə edəcək”.

OPEK-də hesab edirlər ki, bu vəziyyət uzunmüddətli perspektivdə də saxlanılacaq. 2025-2040-cı illərdə Azərbaycanda hasilatın 0,7 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır.

İcmal.Az

RƏYLƏR