"Opel"in altında köməksiz qalan Sabunçu sakini öldü

OXUNUB: 534 HADİSƏ
Bakı sakini ehtiyatsızlıqdan faciəli şəkildə ölüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonunda 1 nəfərin "Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

RƏYLƏR