Oqtay Əsədov Adil Əliyevi təltif etdi - FOTO

OXUNUB: 45 SOSİAL
Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin bu gün 50 yaşı tamam olur.

İcmal.Az xəbər verir ki, bu münasibətlə Milli Məclisin rəhbərliyi onu təltif edib. Adil Əliyevin bir millət vəkili kimi intizamı, seçildiyi ərazi üzrə sakinlərin böyük rəğbətinin qazandığı xüsusi qeyd olunub, bundan sonrakı fəaliyyətində də uğurlar arzu edilib.


Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.

1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2000-ci ildə "Polis Əlaçısı" olub.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib.

2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İgidliyə görə" dövlət mükafatı ilə təltif edilib. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası Dünya Çempionu olub. 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.

2010-cu ildə BDU-nun aspiranturasını bitirib.
2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir.

9 aprel 2013-cü ildə hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Ailəlidir, üç övladı var.

General-leytenant Məhərrəm Əliyev Adil Əliyevin qardaşıdır.

Oqtay Əsədov Adil Əliyevi təltif etdi - FOTO
Oqtay Əsədov Adil Əliyevi təltif etdi - FOTO
Oqtay Əsədov Adil Əliyevi təltif etdi - FOTO
Oqtay Əsədov Adil Əliyevi təltif etdi - FOTO

RƏYLƏR