Oqtay Əsədov: Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik

OXUNUB: 605 SİYASƏT

"Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil”.

İcmal.Az-ın Report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov bildirib. 

O deyib ki, Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur: "Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotoreya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.

İcmal.Az

RƏYLƏR