Oqtay Əsədov və Tacikistan Prezidenti birgə işçi nahar ediblər - FOTO

OXUNUB: 805 SİYASƏT

Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmon birgə işçi nahar ediblər.

İcmal.Az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tacikistan Prezidentinin Azərbaycana bu səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi vurğulanıb. Səfər çərçivəsində keçirilən səmərəli görüşlərin, imzalanan sənədlərin əhəmiyyəti qeyd edilib.

İcmal.Az

Oqtay Əsədov və Tacikistan Prezidenti birgə işçi nahar ediblər - FOTO

Oqtay Əsədov və Tacikistan Prezidenti birgə işçi nahar ediblər - FOTO

RƏYLƏR