Oqtay Şirəliyevin xalası qızı qocalar evinə yerləşdirilib - FOTOLAR

OXUNUB: 3776 Səhiyyə Özəl Seçilmiş Önəmli HADİSƏ
Səhiyyə naziri Oqtay Şirəliyevin xalası qızı Qocalar evində yaşayır.

7NEWS.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, səhiyyə nazirinin 87 yaşlı xalası qızı Əminə Hüseynovadan nəvələri və yaxınları imtina edib. Buna görə də Əminə Hüseynova Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionat (Qocalar) evində qalır.

Bir müddət öncə açıqlama verən qadın bildirmişdi ki, qızı 57 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının ölümündən sonra 2 nəvəsi qadından imtina edib. Sovet dövründə rəhbər vəzifələrdə çalışan yaşlı qadın hazırda həm də ürəyin işemik xəstəliyindən əziyyət çəkir. Əminə Hüseynova xəstəliyi ilə əlaqədar müalicə ala bilmədiyi və xəstəxanaya yerləşdirilmədiyi üçün yeriyə bilmir.

Oqtay Şirəliyevin xalası qızı qocalar evinə yerləşdirilib-

Oqtay Şirəliyevin xalası qızı qocalar evinə yerləşdirilib-

RƏYLƏR