Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

OXUNUB: 809 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, 1 mart 2018-ci il tarixədək fonda 89.031.572,82 AZN, 213.073,88 ABŞ dolları, 10436,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

İcmal.Az

RƏYLƏR