"Ordumuz düşmənin cavabını verəcək" — Azərbaycanlı general

OXUNUB: 1175 SİYASƏT
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Ermənilərin bu təxribatı nəticəsində Alxanlı kəndinin 2 sakini həlak olub, bir nəfər isə ağır yaralanıb.


Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev baş vermiş hadisə ilə bağlı "Ölkə.Az"-a danışıb:



"Füzuli rayonunun Alxanlı kəndi təmas xəttindədir. 2004-cü ildə Alxanınlının qarşısında kiçik kənd var idi, biz oranı düşməndən azad etmişdik. Alxanlı həmin o balaca kəndin arxasındadır".

Kəndin nə qədər təhlükədə olmasına gəldikdə isə general-mayor bildirdi ki, o kəndlər demək olar ermənilərin nəzarəti altındadır:

"Alxanlı təmas xəttinə yaxın yerdir, təhlükəli bir ərazidə yerləşir. Ancaq camaat qorxmur, orada yaşayır. İnsanlar neçə illərdir ki, orada yaşayırlar, əkirlər, biçirlər, dolanırlar.

Əslində, orada bir problem olmamalı idi. Ermənilər o bölgədə təxribat ediblər. Ordumuz düşmənin cavabını verəcək".
 
İcmal.Az

RƏYLƏR