Ordumuz hərəkətə keçdi: 3 erməni hərbçi məhv edildi - 2-si yaralandı

OXUNUB: 142 HADİSƏ
Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.

7News.Az "News.am"a istinadən xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub.

Modern.az Ermənistan Müdafiə Nazirliyinə istinadla bilidirib ki, yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.

RƏYLƏR