Ordumuz iriçaplı pulemyotlardan atəşə tutuldu

OXUNUB: 879 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 141 dəfə pozub.

 Ermənistan ordusu Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Qazax rayonunun Kəmərli, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə; Berd rayonunun Çinari kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Ağdam kəndində; Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

İşğalçılar Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qoyub.

 

İcmal.Az

RƏYLƏR