Ordumuz müasir silahlarla öz gücünü sübut etməyə hazırdır – RƏSMİ

OXUNUB: 717 SİYASƏT

"Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan "Spayk” raket kompleksləri görünür”.

Bunu  İcmal.Az sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür.

Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə, öz gücünü növbəti dəfə sübut etməyə hazırdır”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

İcmal.Az

RƏYLƏR