Ordunun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub

OXUNUB: 1721 SOSİAL

Prezidenti İlham Əliyev "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.

İcmal.Az-ın məlumatına görə, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib.

Qeyd edək ki, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” medalından sonra taxılır.

 

İcmal.Az

RƏYLƏR