Orta aylıq əməkhaqqının məbləği açıqlandı

OXUNUB: 898 İQTİSADİYYAT

2017-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 515,8 min nəfər olub. 

İcmal.Az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 889,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2017-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9% artaraq 514,3 manat olub. 

Komitədən bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, tikinti, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 

İcmal.Az

RƏYLƏR