Oğru evə daxil olmaq istəyərkən yaxalanıb – FOTO

OXUNUB: 78 HADİSƏ

Bərdə rayon sakini Müşfiq Ələkbərov fevralın 12-də Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə zəng edərək ona məxsus evin həyətinə oğurluq niyyəti ilə naməlum şəxslərin daxil olduğu barədə məlumat verib.

DİN-dən İcmla.Az-a verilən məlumata görə, əməliyyat qrupu dərhal hadisə yerinə gəlib.

Vaxt itirmədən əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində naməlum şəxs evə daxil olmaq istəyərkən saxlanılıb. Araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev olduğu müəyyən edilib.

Polis şöbəsinə gətirilən İ. Babayevin üzərinə baxış zamanı 7.68 qram marixuana və kağız bükülüdə 0.35 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilib. Bu zaman onun evindən sellofan torbada çəkisi 560 qram olan marixuana və sellofan bükümdə çəkisi 1.58 qram olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}