Oğuzda 8 il əvvəl ölən şəxsin adına cərimə gəldi (VİDEO)

OXUNUB: 476 MARAQLI
Oğuzda 8 il əvvəl ölən şəxsin adına cərimə sənədi gəlib.

7NEWS.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, rayonun Muxas kənd sakini Ələsgər Ələkbərovun adına icra və probasiya şöbəsindən məktub gəlib.

Sənəddə 2011-ci il aprelin 4-də Oğuz Məhkəməsinin qərarı ilə cərimə təyin edildiyi qeyd olunub və bu səbəbdən də mayın 2-də icra şöbəsinə gəlməli olduğu göstərilib.

Maraqlısı isə odur ki, dəvət olunan Ələsgər Ələkbərov 8 il əvvəl, məhkəmə qərarından 6 ay sonra dünyasını dəyişib.

Məsələ ilə bağlı Vəkil Anar Ramazanov bildirir ki, bu qədər müddətdən sonra icra şöbəsi tərəfindən hər hansı bir şəxsə tələb yönəltmək qanunla düzgün deyil.

Anar Ramazanov deyir ki, mərhumun yaxınları məhkəmə yolu ilə qərarı ləğv etdirə bilərlər.

RƏYLƏR