Oğuzda istirahət edən Yevlax sakini dağdan yıxıldı

OXUNUB: 1426 HADİSƏ

Oğuzda istirahət edən Yevlax rayon sakini yıxılaraq ağır xəsarət alıb.

Oğuz Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, iyulun 12-i günorta saatlarında evlax rayonu Aşağı Bucaq kənd sakini, 1993-cü il təvəllüdlü Sevinc Mətləb qızı Kərimova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlum olub ki, ailəsi ilə birlikdə rayona istirahətə gələn gənc qız rayonun Xalxal kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə gəzərkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Sevin Kərimovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR