Oğuzdakı güllələnmə hadisəsi ilə bağlı RƏSMİ MƏLUMAT

OXUNUB: 805 HADİSƏ

Oğuz rayonunda silahlı insident baş verib. 

 

 İyulun 24-də Oğuz rayonunun Yaqublu kəndində kənd sakini Ramil Namazov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Laçın İsayevin döş nahiyəsinə xəsarət yetirərək hadisə yerini tərk edib.

 

Xəstəxanaya yerləşdirilən L.İsayevin vəziyyəti ağırdır.

 

Oğuz RPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Namazov tutulub.

 

 

 

İcmal.Az

RƏYLƏR