Ova gedən ovlanar — Oğurluq edənləri döyüb alçaltdılar

OXUNUB: 881 HADİSƏ
Ağstafa rayonu Muğanlı kəndində baş vermiş oğurluğun sonu oğruların döyülüb alçaldılması ilə nəticələnib.


Bir nəfər kənd sakini dostu ilə doğma bacısıgilin həyətindən dəmir boru oğurlayaraq satıblar. Oğurluqda iki nəfər iştirak etsə də, onların bir dostu da oğurluqdan xəbəri olmadan onlarla hərəkət edib.

Oğurluğa gedən şəxsin bacısının əri isə oğurluqda ittiham edilən 3 nəfəri maşının yük yerinə basaraq onları kəndin qəbiristanlığına aparıb. Qəbiristanlıqda oğurluqda ittiham edilən şəxsləri döydükdən sonra onlara qarşı nəlayiq hərəkət edərək, onları alçaldıblar. Sonra isə kənddə hər kəsə oğruları sidiklə murdarladıqlarını yayıblar.

Baş verən oğurluq hadisəsi ilə əlaqədar Ağstafa rayon polis şöbəsində cinayət işi açılıb.

Əldə etdiyimiz məlumatı dəqiqləşdirmək üçün Ağstafa rayon polis şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, oğurluq hadisəsi və sonradan oğrulara qarşı alçaldıcı hərəkətlərin edilməsi təsdiq olunub. Məsələ ilə bağlı hazırda istintaq işləri aparılır. Polisdən həm də bildiriblər ki, istintaq sirri olduğu üçün həmin şəxslərin adlarının açıqlaya bilməyəcəklər.

Məsələni diqqətimizdə saxlayacağıq./olke.az
 
İcmal.Az

RƏYLƏR