Çox pis xəbər! - Bunu heç gözləmirdi...

OXUNUB: 441 DÜNYA

ABŞ-da bir federal hakim prezidenti Donald Trampın bəzi "Twitter" istifadəçilərini əngəlləməsinin ayrı-seçkilik və Konstitusiyaya zidd olduğuna dair hökm çıxarıb.

Nyu-Yorkun güney bölgəsinin federal hakimi Naomi Reis Buşvaldın verdiyi məhkmə qərarında qeyd edilib ki, ABŞ prezidenti kimi Trampın "Twitter" hesabı ictimai önəm kəsb edir. Buradakı bütün açıqlamalar hər kəsə açıq olmalıdır və bəzi istifadəçilərin əngəllənməsi Konstitusiyanın 1-ci maddəsinə uyğun gəlmir. 

 

Ağ Ev və ABŞ-ın Ədliyyə Nazirliyindən qərar barədə heç bir şərh verilməyib.

Qeyd edəki ki, "Knight Foundation" təşkilatı Donald Trampın ənəgəllədiyi 7 ABŞ vətəndaşı adından məhkəmə iddiası qaldırmışdı. 

 

İcmal.Az

RƏYLƏR