Oxusanız bir də pivə içməyəcəksiniz

OXUNUB: 2359 GÜNDƏM MARAQLI TƏHLİL

İlk dəfədir ki, insan ifrazatından gübrə kimi istifadə edilir.

Avropanın ən böyük musiqi festivalı Roskil Festivalında 50 min litr sidik toplanıb.

Məlumata görə, danimarkalı pivə istehsalçısı Norrebro Bryuqhus bu sidiklə istehsal üçün istifadə olunan arpanı gübrələyib. Yaxın zamanlarda istehsalı genişlənəcək pivə "Pisner” adlanacaq.

Norrebro Bryuqhusun meneceri Henrik Vanq bildirib ki, bir çox insanlar sidiyi birbaşa pivəyə əlavə ediləcəyini düşünür. Əslində isə sidik arpanın gübrələnməsi üçün istifadə edilib: "Bəzi insanlar elə bilir ki, biz sidiyi filtrləyib pivə hazırlayıq. Bu çox gülməlidir. İçdiyiniz pivədə az da olsa sidik dadı hiss etməyəcəksiniz. Biz sidikdən sadəcə gübrə kimi istifadə edirik”.

Danimarka Kənd Təsərrüfatı və Qida Şurası açıqlamasında bildirib ki, ilk dəfədir ki, insan ifrazatından gübrə kimi istifadə edilir./İstiPress

 İcmal.Az


RƏYLƏR