Oyundan öncə qırmızı vərəqə alaraq tarixə düşdü – VİDEO

OXUNUB: 879 İDMAN

"Olimpik" Marsel klubunun 36 yaşlı müdafiəçisi Patris Evra start fitindən öncə qırmızı vərəqə alaraq tarixə düşüb.

 Hadisə Avropa Liqasının 4-cü turunun Portuqaliyanın "Qimaraynş” və Fransanın "Marsel” klublarının qarşılaşmasından öncə keçirilən məşq zamanı baş verib. Patris Evra öz klubunun azarkeşinin başına təpiklə zərbə vurub. Məşq zamanı fransız komandasının azarkeşləri Evranı təhqir ediblər. Futbolçu baş verənlərə dözməyərək, fanatlara tərəf gedib və onlar arasında toqquşma baş verib. Nəticədə futbolçu azarkeşi vuraraq qırmızı vərəqə ilə cəzalandırılıb.

Oyun 1:0 hesabı ilə "Qimaraynş”ın xeyrinə başa çatıb./oxu

İcmal.Az

RƏYLƏR