PA işçiləri üçün daha bir yaşayış binası tikiləcək

OXUNUB: 709 İQTİSADİYYAT

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni altı girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən İcmal.Az-a verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün üç hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini "Kontinent İnşaat” MMC həyata keçirəcək.

İcmal.Az

RƏYLƏR