Pakistan və Azərbaycan birgə treninqlər və təlimlər keçirmək niyyətindədir

OXUNUB: 729 SİYASƏT

 "Pakistan hərbi sahədə Azərbaycanla daim inkişaf edən əməkdaşlıq qurub".

 Bunu brifinqdə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycana səfər edən Pakistanın hərbi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsinə heyran qalıb.

"Azərbaycan bu yaxınlarda "Super Mushshak" təyyarələri alıb və hərbi sahədə tərəfdaşlığımızı birgə treninqlər və təlimlər keçirməklə genişləndirəcəyik", - diplomat bildirib.

Azərbaycanın Pakistan və Çinin birgə istehsalı olan "JF Thunder" təyyarələrinin alınması üzrə danışıqlar məsələsinə toxunan S.X.Mohmand "Super Mushhak" təyyarələrinin alınmasının bu məsələnin qapanması anlamına gəlmədiyini deyib.

"Bu məsələ ilə bağlı danışıqların davam etdiriləcəyinə ümidvarıq", - o əlavə edib.

 

İcmal.Az

RƏYLƏR