Pakistanda sərhədçilərə hücum etdilər: Ölənlər var

OXUNUB: 731 DÜNYA

Pakistanın Bəlucistan əyalətində törədilmiş iki terror aktı nəticəsində 7 hərbçi həlak olub.

Hücumlar sərhəd korpusunun hərbçilərinə qarşı baş verib. Host şəhərində hərbçilərin olduğu avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub.

Pancqur bölgəsində isə atışma zamanı bir sərhədçi həlak olub, iki nəfər yaralanıb. Hadisələrlə bağlı məsuliyyəti üzərinə götürən olmayıb./trend

İcmal.Az

RƏYLƏR