Pakistanda universitetə silahlı hücum: Ölənlər var

OXUNUB: 763 DÜNYA

Pakistanda Kənd Təsərrüfatı Universitetinə silahlı hücum olub.

İcmal.Az-ın Trend-ə istinadən məlumatına görə, Peşavar şəhərində universitetə naməlum şəxslərin hücumu nəticəsində azı 11 nəfərin öldüyü bildirilir. Ölənlərdən 7 nəfərin tələbə olduğu qeyd olunub.

Şəhər polis şefi Tahir Xanın bildirdiyinə görə, hücum zamanı silahlılarla polis arasında atışma baş verib.

Hazırda universitetin ərazisi polis və təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.

Hücuma görə məsuliyyəti "Taliban" terror təşkilatı öz üzərinə götürüb.

İcmal.Az

RƏYLƏR