"Palmali" iddialara cavab verdi: "Yalandır"

OXUNUB: 586 SOSİAL
Bu gün bir sıra KİV-lərdə "Palmali Group"un gəmilərində çalışan işçilərin maaşlarının ödənilməməsi və buna görə ekipajdakıların aclıq aksiyası keçirməsi barədə xəbərlər yayılıb.

Bu xəbərlərlə bağlı AZXEBER.COM-a açıqlama verən şirkət nümayəndəsi bəyan edib ki, bu məsələdə məsuliyyətin onların üzərinə atılması doğru deyil:

 
"Şirkət öz tərəfindən əmək haqlarını köçürüb. Ancaq bəzi bankların sanksiya altında olması səbəbindən bu problem ortaya çıxıb. Gecikmə də bu səbəbdən olub. Bu problem Rusiya limanlarında qarşımıza çıxır. Bir neçə gəmiyə də maaşlar gecikmə olsa da hesablarına köçürülür.  Adıçəkilən gəmidə çalışanların maaşları da ödənilib. Bu gün belə bir bəyanatın yaydıranların məqsədi "Palmali Group"un işgüzar nüfuzuna zərbə vurmaqdan ibarətdir. Bizim heç bir Avropa limanında belə bir problemimiz yoxdur. Rusiya limanlarında belə problemlər ortaya çıxır ki, bu problemlər də sırf banklara qoyulan sanksiyalarla bağlıdır.  Ona görə də "Palmali Group"un mövqeyini öyrənmədən bu tipli xəbərləri ictimailəşdirmək KİV haqqında qanuna, habelə jurnalistika qaydalarına ziddir".

Şirkət nümayəndəsi sonda onu da qeyd edib ki, media orqanlarından bu tipli xəbərləri ictimailəşdirərkən, mövqe öyrənmələrini onlara tövsiyyə edirik
 
İcmal.Az

RƏYLƏR