“Palmali” rəsmən müflis elan edildi

OXUNUB: 1063 Özəl Seçilmiş Önəmli
Rusiyanın Rostov əyalətinin Arbitraj məhkəməsi "Palmali” şirkətini müflis elan edib.

7NEWS.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət altı ay davam edəcək iflas proseduruna başlayıb.

Qeyd edək ki, "Palmali” əsas kreditoru olan "Sberbank”a 13 milyard rubl (təxminən 335 milyon manat) borcludur.

Bundan başqa, digər kreditorlar arasında Mübariz Mənsimova məxsus Maltada qeydiyyatdan keçən "Palmali Holding”, Vest-İndiyadakı "Palmali Şipping”, Türkiyədəki "Palmali Gemicilik ve Acentelik” də var. Həmin şirkətlərin iddiaları 6 milyard rublu keçir.

Borclu şirkətə qarşı tələb irəli sürənlər arasında "Alyans”, "Azov-Flot-Servis”, "Arsenal” sığorta şirkəti, həmçinin "YuqBunkerServis-Rostov” yanacaq şirkəti də var.

Qeyd edək ki, "Palmali”nin direktoru 17,5 milyon rublluq vergidən yayınmada ittiham olunur.

RƏYLƏR