Pandemiya şəraitində qanunu pozmadan 100-dən çox qonaqlı toy etməyin yolunu tapdılar (FOTO)

OXUNUB: 798 DÜNYA

İtaliyada gənc cütlük koronavirus məhdudiyyətlərini pozmadan 130 nəfər qonağın dəvət olunduğu təntənəli mərasim keçirməyin maraqlı yolunu tapıblar.

Bu barədə "La Repubblica” xəbər yayıb.

Bildirilir ki, Azolo şəhərindən olan sevgililər ölkədə ilk dəfə drive-in formatında toy həyata keçiriblər. Yüzdən artıq qonaq öz avtomobillərindən çıxmayaraq nikah mərasimində iştirak ediblər.

 

Gənclər Alp atıcılarının yerli assosiasiyası ilə razılığa  gələrək geniş park yeri kirayələyiblər, 56 avtomobil üçün yarımsfera şəklində yerlər hazırlayıblar və onlarla ofisiant tutublar.

Kilsədə nikah mərasimindən sonra qonaqlar avtomobilində bayram tədbirinin təyin olunduğu yerə gəliblər. Burada onları qəlyanaltılar, şərab badələri və alkoqolsuz içkilər gözləyib. Cütlük üçün isə park yerinin ortasında çadır qurulub.

"Biz tədbirin alınmayacağından qorxurduq, amma mərasim çox gözəl keçdi”, - deyə sevgililər sevinclə bildiriblər.

 


RƏYLƏR