Paralimpiyaçımız İslamiadada ikinci qızıl medalını qazandı

OXUNUB: 934 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında para-atletika yarışları davam edir.


İcmal.Az Trend-ə istinadən xəbər verir ki, kişi paralimpiyaçıların lövhə atma yarışında idmançımız Samir Nəbiyev bütün rəqiblərini qabaqlayıb.

Onun nəticəsi 45,17 metr olub.

Gümüş medala İordaniya təmsilçisi Amer Abdelaziz, bürünc medala isə misirli Metava Abouelkhir sahib olub.

Xatırladaq ki, S.Nəbiyev ötən gün kürə itələmə yarışında da qalib gəlmişdi.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR