Parisdə girovlar azad edilib – VİDEO + YENİLƏNİB

OXUNUB: 18 DÜNYA

İyunun 12-də Parisdə iki nəfəri girov götürmüş və xüsusi əməliyyatdan sonra polis tərəfindən həbs olunmuş şəxs mərakeşlidir.

İcmal.Az xəbər verir ki, bu haqda BFMTV telekanalı məlumat yayıb.

"Əlimizdə olan informasiyaya görə, söhbət 27 yaşlı mərakeşlidən gedir. Buna qədər xüsusi xidmətlərin "radar”ında olmayıb, dövlət təhlükəsizliyinə hər hansı təhdid yaratmayıb, terror ünsürlü radikallaşmaya meyilli insanların siyahısında yer almayıb”,- deyə telekanalın məlumatında qeyd olunur.

Cinayətkarın bu əməlinin motivləri hələlik məlum deyil.

22:20

Parisdə insanları girov götürən şəxs saxlanılıb.

İcmal.Az Fransa KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.

Cinayətkarın sağ olaraq ələ keçdiyi bildirilir.

"Polis və xilasetmə xidmətlərinin yüksək peşəkarlığını təqdir edirəm” , -deyə Fransanın DİN-nin rəhbəri Jerar Kollon öz "Twitter” hesabında yazıb.

22:10

Parisdə iki nəfəri girov götürən kişi, onların üzərinə benzin töküb və yandıracağı ilə hədələyib.

İcmal.Az xəbər verir ki,  hadisə yerinə xüsusi təyinatlılardan savayı, yanğınsöndürənlər və istehkamçılar göndərilib.

Bundan əvvəl həmin şəxs üzərində partlayıcı qurğunun olduğunu deyərək, İran səfirliyindən ona zəng vurulmasını tələb edib. Girovlardan birinin hamilə qadın olduğu deyilir.

İnsident hələ ki, terror hücumu kimi qiymətləndirilmir. Cinayətkarın psixiki pozuntularının olduğu güman edilir.

20:52

Parisdə kimliyi məlum olmayan kişi iki nəfəri girov götürüb.

İcmal.Az xəbər verir ki, bu haqda "France Info” məlumat yayıb.

İlkin məlumata görə, hücum edən şəxs üzərində bomba olduğu ilə hədələyib.

İnsident Parisin 10-cu dairəsində baş verib. Hazırda polis qüvvələri ərazidə xüsusi əməliyyat aparır.

"Le Parisien” nəşrinin məlumatına görə, həmin şəxs İran səfirliyi ilə telefon əlaqəsinin təmin edilməsini istəyib. Nəşrin mənbəyi girov sayının üç olduğunu və onların arasında hamilə qadının olduğunu iddia edir.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}