Parisdə qələbəni qeyd edənlər iğtişaş törətdi

OXUNUB: 588 DÜNYA

Parisdə Fransanın futbol üzrə dünya çempionatının qalibi olması münasibətilə keçirilən şənliklər zamanı naməlum şəxslər iğtişaşlar törədib. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. 

İcmal.Az xəbər verir ki, bununla bağlı BFM məlumat yayıb. 

Məlumatlara görə, Fransa qələbə qazandıqdan sonra yüz minlərlə insan bunu qeyd etmək üçün küçələrə axışıb. 

Həmçinin, küçədə ictimai asayişi pozan onlarla gənc peyda olub. 

Qanun pozucuları mağazaların şüşələrini sındırıblar. 

İcmal.Az

RƏYLƏR